06 İyun 2026
Dünya futbolu

“Neymar çox istedadlıdır, amma zədələr buna mane olur” – Karlo Ançelotti

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın 2026-cı il dünya çempionatında iştirak ehtimalına münasibət bildirib.

İdmanxeber.az xəbər verir ki, italyan mütəxəssis hücumçunun yalnız tam hazır olacağı halda mundialın heyətinə salınacağını deyib:

“Hücum xəttində böyük rəqabət var. Bu qərar təkcə Neymarla bağlı deyil. Məsələn, əgər Vinisius Junior 90 faiz formada olarsa, mən onun yerinə 100 faiz hazır olan futbolçunu seçəcəyəm. Neymar çox istedadlıdır, amma zədələr buna mane olur və pik formasına çatmasına imkan vermir”.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43