Almaniya millisinin futbolçusu Coşua Kimmix zədələnib.
İdmanxeber.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin sağ topuğunda problem aşkarlanıb. Bu səbəbdən “Bayern”in oyunçusu 2026-cı il dünya çempionatının seçmə mərhələsində Lüksemburqa qarşı matçda iştirak etməyəcək.
Buna baxmayaraq, Kimmix komandası ilə səfərə qatılacaq.

