26 İyun 2026
Ölkə futbolu

“Araz-Naxçıvan” fransalı hücumçu anlaşdı – RƏSMİ

“Araz-Naxçıvan” daha bir futbolçunu transfer edib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu Hamidu Keyta ilə 2026-cı il mayın 31-dək müqavilə imzalanıb.

31 yaşlı yarımmüdafiəçi ötən mövsümü Türkiyə “Konyaspor”unda keçirib. O, yerli azarkeşlərə də yaxından tanışdır. Keyta Azərbaycanda “Zirə” və “Qarabağ”ın da formasını geyinib. Futbolçu müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.

Qeyd edək ki, buna qədər İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Çarles Boli, Bruno Franko, Patrik Andrade, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43