26 İyun 2026
Ölkə futbolu

“Araz-Naxçıvan” müdafiəçisi ilə müqavilə uzatdı

“Araz-Naxçıvan” müdafiəçisi İqor Ribeyro ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu 2025/2026 mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.

Qeyd edək ki, əsas heyətin daimi üzvü olan İ.Ribeyro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43