“Mançester Siti” İlkay Gündoğanla müqavilə uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə baş məşqçi Pep Qvardiola açıqlama verib. O bildirib ki, oyunçunun müqaviləsi 2026-cı ilə qədər uzadılıb.
Xatırladaq ki, Gündoğanın sözləşməsi mövsüm sonu başa çatırdı. Onun başqa kluba keçəcəyi ilə bağlı iddialar var idi.

