23 İyun 2026
Ölkə futbolu

“Araz-Naxçıvan”da məşqçilərlə bağlı qərar verildi

“Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyevin köməkçiləri ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məşqçilər Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terzievlə müqavilə 1 illik nəzərdə tutulub.

Qeyd edək ki, Naxçıvan təmsilçisi bunadək Elmar Baxşıyev (baş məşqçi), Qara Qarayev, Slavik Alxasov, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Elçin Mustafayev və Turan Vəlizadə ilə müqaviləni uzadıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43