02 İyul 2026
Dünya futbolu

Arda getdi, Selçuk gəldi

Arda Turanın ayrıldığı “Eyüpspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Super Liqa təmsilçisini Selçuk Şahin çalışdıracaq. 44 yaşlı mütəxəssislə yaxın vaxtlarda müqavilə imzalanacaq.

Selçuk Şahin Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montellanın köməkçisi vəzifəsini yerinə yetirirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43