Dünya futbolu

“Arsenal” hücumçusunu tapdı

“Torino”nun hücumçusu Antonio Sanabria “Arsenal”ın maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu “topçular”a təxminən 21,5 milyon funta başa gələ bilər. Bundan əlavə, London klubu paraqvaylı ilə də maraqlanan “Milan” və “Napoli” ilə də rəqabət aparmalıdır.

Cari mövsüm Premyer Liqa çempionluğu qaçıran komanda növbəti mövsüm daha iddialı heyət qurmağı planlaşdırır. Komandanın ilk hədəfi hücumçu transferidir.

Baş məşqçi Artetanın 27 yaşlı forvardı israrla istədiyi bildirilir.

Sanabria bu mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə verib.

Nüfuzlu “Transfermarkt” onun dəyərini 7 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43