İdman

Atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək

Mayın 26-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start veriləcək.

İdmanxeber.az-ın məlumata görə, iki gün davam edəcək yarışda paytaxtın müxtəlif idman klubları və cəmiyyətlərinin atletləri ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Bərdə, Astara, Quba, İsmayıllı, Xızı və Beyləqan təmsilçiləri mübarizə aparacaqlar.

ADBTİA-nın stadionunda keçiriləcək Azərbaycan birinciliyinin açılış mərasimi mayın 26-sı saat 16:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43