Basketbol üzrə Avroliqanın 1/4 final mərhələsinin oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin “Fənərbağça” klubu doğma meydanda “Olimpiakos”u qəbul edib. Matç Yunanıstan təmsilçisinin 72:71 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticənin ardından “Olimpiakos” ümumi hesabda 2:1 önə keçib.
Tərəflər arasındakı növbəti matç da İstanbulda baş tutacaq.
Mayın 5-də keçiriləcək qarşılaşmada seriyanın uzanması üçün İstanbul təmsilçisi mütləq qalib gəlməlidir.