Dünya futbolu

“Çox xoşbəxtəm və özümlə fəxr edirəm” – Erlinq Haaland

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Premyer Liqada 35-ci qolunu vuraraq bir mövsümdə ən məhsuldar futbolçu adına layiq görülüb.

İdmanxeber.az-ın məlumatına görə, norveçli oyunçu “Vest Hem”lə görüşdə (3:0) bunu bacarıb. 22 yaşlı futbolçu rekorddan xəbərdar olduğunu da etiraf edib:

“Bu, xüsusi gecə bir idi. Çox xoşbəxtəm və özümlə fəxr edirəm. Daha nə deyəcəyimi bilmirəm. Təbii ki, rekorddan xəbərim var idi. Şanslar yaratmağa çalışdıq və rəqiblər yaxşı müdafiə olunduğu üçün bu, asan olmadı. Oyundan əvvəl Qrilşlə danışdım və o, mənim rekord qolu vurmağım üçün assist etmək istədiyini söylədi.

Ömrümdə belə şərəf dəhlizi görməmişdim. Bütün oyunçular məni təbrik etdilər. Artıq başqa rekordlar haqqında düşünə bilmirəm, əks halda dəli olacam”.

Oyundan sonra “Mançester Siti”nin futbolçuları və məşqçiləri hücumçu üçün fəxri dəhliz yaradıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43