PSJ azarkeşləri dünən klub bazasının önündə etiraz aksiyası keçiriblər.
İdmanxeber.az-ın məlumatına görə, Paris klubunun tərəfdarları komandanın son dönəmdəki uğursuz çıxışına təpki göstəriblər. Tərəfdarların hədəfində heyətin ulduz isimləri də yer alıb.
Onlar klub rəhbərindən Neymar, Messi və Veratti kimi oyunçuların göndərilməsini tələb edib.
Yaşananların ardından PSJ rəsmi açıqlama yayıb. Bildirilir ki, klub bir qrup azarkeşin bu davranışını qəbul etmir və hədəfə alınan futbolçuların arxasındadır”.