23 İyul 2026
Dünya futbolu

“Roma”nın ya bacarığı yoxdur, ya da gücü çatmır” – Joze Mourinyo

“Roma” A Seriyasının 3-cü turunda “Montsa” ilə heç-heçə edib (1:1).

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının səviyyəsindən şikayətlənib. O, heyətin geniş olmadığını bildirib:

“Roma”nın çox çətinliyi var. Oynayanlar ya mükəmməl formada deyillər, ya da hələ bu səviyyəyə çatmayıblar. Bu gün ehtiyat oyunçular skamyasında futbolçu tapmadım, amma uşaqlar əllərindən gələni etdilər. Hesab edirəm ki, nəticə oyuna uyğun gəlir.

Bu gün karyeramda rastlaşdığım ən pis hakimi gördüm. İnanın ki, çox pis hakimlərlə qarşılaşmışam. Adətən, onlardan danışıramsa, bu, onların oyuna birbaşa təsiri ilə bağlıdır. 96-cı dəqiqədə yorğunluqdan ayağı sürüşən futbolçuya qırmızı vərəqə verir.

Təəssüf ki, bu həm də “Roma”nın bir klub olaraq zəifliyinə işarədir. Çünki bizim başqa klublar kimi gücümüz yoxdur ki. Bu hakimi daha görmək istəmirik. Elə klublar var ki, bunu deyir və edir. “Roma”nın ya bacarığı yoxdur, ya da gücü çatmır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43