İdman

Avroliqadakı “Qarabağ” – “İnter” görüşündə Kollinanın “barmağ”ı olub?

DÇ-2018-in seçmə mərəhləsinin oyunları çərçivəsində baş tutan Ukrayna və Türkiyə komandaları arasında baş tutan görüşün ardından yaranan söz-söhbətlər artmaqdadı.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli idman yazarı Meriç Müldür sözügedən oyunda referinin yanlış qərarlar qəbul etməsinin səbəblərini maraqlı iddialarla izah edib.

Müldür yazır ki, Türkiyə millisinin qapısına vurulan hər iki qolda hakimin kobud səhvləri olub. FİFA Hakimlər Komitəsinin sədri və UEFA-da hakimlərin təyinatına məsul şəxs olan Pyerluici Kollinanın adamı birbaşa Ukraynalıların qələbəsi üçün həmin görüşə təyinat alıb. Ukrayna klubları artıq bir neçə ildi ki, hakimlərin hesabına irəli gedir. 

3 il əvvəl Avropa Liqasının qrup mərhələsində debüt edən "Qarabağ"a badalaq vuran da Kollina olub. Kollinanın Ukraynada peşəkar şəkildə çalışdığı dövrdə (2010-2017) bu ölkə klublarının avrokuboklardakı nəticələri diqqət çəkməyə bilməz. Ukrayna lobbisinin təsir gücü çoxdu. UEFA-nın vitse-prezidenti Qreqori Surkis eyni zamanda Kiyev “Dinamo”sunun və Ukrayna Futbol Federasiyasının fəxri-prezidentidi. Kollinanın Ukraynada çalışmağa başladığı 2010-cu ildən bəri “Dinamo”, “Şaxtyor”, “Dnepr”, “Metallist” və yığma komandanın ev matçlarındakı nəticələri heç də pis olmayıb. Öz meydanlarında yalnız qalib gəlmələri mümkünsüz olan böyük komandalara yeniliblər. Kollinanın Ukrayna Futbol Federasiyasındakı işi 2017-ci ildə bitib. Maraqlıdı ki, onun gedişindən sonra bu ölkə komandalarının nəticələrində geriləmə müşahidə olunur.

Xatırladaq ki, 2014-cü ildə Avropa Liqasının qrup mərəhləsinin son turunun oyununda  “Qarabağ” evdə “İnter”in qapısına yol tapsa da, matçın baş hakimi Zelinka aşkar şəkildə qərəzli qərar qəbul edərək təmiz qolu hesaba almamışdı. Bununla da hakimin kobud səhvinin qurbanı qolan "Qarabağ" qrupda qalmış və növbəti mərhələyə "Dnepr" keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43