İdman

“Köln” azarkeşləri Londonu bir-birinə qatdı – FOTO

UEFA Avropa Liqasının H qrupunun oyunu çərçivəsində üz-üzə gələn "Arsenal" və "Köln" komandalarının görüşündən əvvəl xoşagəlməz hadisələr yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, matçı izləmək üçün Almaniyadan Londona axın edən təxminən 20 min "Köln" azarkeşi şəhər küçələrini bir-birinə qatıb. "Topçular" tərəfindən qonaq komandanın azarkeşləri üçün cəmi 3 min bilet ayrılmasına baxmayaraq 20 min alman azarkeşin İngiltərə gəlməsi bir sıra problemlərə yol açıb. Belə ki, stadionun qarşısına toplaşan minlərlə azarkeş əvvəlcə "Arsenal"ın əlehinə şüarlar səsləndiriblər. Ardınca stadiona bağlı olan polis məntəqəsinə hücum çəkməyə başlayıblar. 

Hücumların qarşısı polisin müdaxiləsindən sonra alınıb. Qeyd edək ki, bu səbəbdən qarşılaşma 1 saat gec başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43