“Real”ın 20 yaşlı futbolçusu Arda Güler Avropanın nəhəng klublarının maraq dairəsinə düşüb.
İdmanxeber.az xəbər verir ki, “Arsenal”, “Tottenhem”, “Nyukasl”, “Milan”, “Leyptsiq” və Dortmund “Borussiya”sının skautları onun oyununu izləyib.
Lakin Madrid klubu gənc yarımmüdafiəçini satmaq fikrində deyil və Ardanı uzunmüddətli layihənin bir parçası kimi görür.
Qeyd edək ki, 2023-cü ildən “Real”da çıxış edən türk oyunçu bu mövsüm 14 matçda 4 qol və 5 assistlə yadda qalıb. Onun müqaviləsi 2029-cu ilə qədərdir.

