13 İyun 2026
Dünya futbolu

“Barselona”nın hücumçusu 700-cü qolunu vurdu

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın 7-ci turunda “Real Sosyedad”a qarşı görüşdə (2:1) komandasının ikinci qolunu vuraraq karyerasında 700-cü qolunu qeyd edib.

İdmanxeber.az xəbər verir ki, 36 yaşlı forvard klub səviyyəsində 830 oyunda 614 qol və 155 assistlə fərqlənib. Polşa millisində isə onun hesabında 160 matçda 86 qol və 36 məhsuldar ötürmə var.

Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir və bu müddətdə 154 oyunda 105 qol, 20 assistlə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43