“Neftçi”nin gənc futbolçusu Murad Məmmədov karyerasını Macarıstanda davam etdirə bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçinin xidmətində “Ferentsvaroş” klubu maraqlıdır. Macar klubu oyunçunu azad agent olaraq heyətinə qatmaq istəyir.
Artıq bu barədə Məmmədovun menecerinə məlumat verilib. Hələlik millimizin üzvü üçün “Neftçi”yə rəsmi təklif gəlməyib.
Ancaq “Ferentsvaroş” oyunçunu transfer etməkdə maraqlıdır.
Xatırladaq ki, “ağ-qaralar” da oyunçuya yeni sözləşmə təklif edib. M.Məmmədov hələlik “Neftçi” ilə müqavilə yeniləməyib. Onun karyerasını Avropada davam etdirmək istəyidiyi bildirilir.
Onun “flaqman”la sözləşməsi yayda başa çatır.

