26 İyun 2026
Dünya futbolu

Avropa Liqası: “Fənərbağça”nın oyununa necə baxaq?

Türkiyənin Avropa Liqasındakı yeganə təmsilçisi “Fənərbağça” ikinci matçına çıxır.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu doğma meydanda “Nitsa”nı qəbul edəcək. Görüş Azərbaycanda da canlı yayımlanacaq.

Azarkeşlər matçı TRT 1 və İTV-dən izləyə biləcəklər. 

Oyun Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43