Almaniyanın “Ayntraxt” klubu Dino Toppmöllerin istefasından sonra “Qarabağ”la Çempionlar Liqasının Liqa mərhələsi matçına müvəqqəti məşqçilər heyəti ilə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Frankfurt klubunu Bakıda keçiriləcək qarşılaşmada U-19 komandasının çalışdırıcıları Aleks Mayer və Dennis Şmidt idarə edəcək.
Oyun yanvarın 21-də baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

