24 İyun 2026
İdman

Azərbaycan boks yığması Polşa ilə qarşılaşacaq

Kişi boksçulardan ibarət Azərbaycan millisi Polşaya yollanıb.

İdmanxeber.az xəbər verir ki, komanda noyabrın 15-də Krakovda boks gecəsinə qatılacaq.  

Boksçularımız Polşada yerli yığma ilə yoldaşlıq görüşünə çıxacaq. Məşqçilər Etibar Abdullayevlə Ceyhun Əbiyev döyüşlərdə Nicat Hüseynov, Kənan Babayev (hər ikisi 55 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Malik Həsənov (65 kq), Mehdi Həsənov (70 kq), Şəmsi Şahbazov (75 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.

Qeyd edək ki, millimiz Bakıya noyabrın 18-də qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43