22 İyul 2026
Ölkə futbolu

Azərbaycan – Fransa matçına bütün biletlər tükəndi 

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində sabah Bakıda Fransa seçməsi ilə üz-üzə gələcək.

İdmanxeber.az xəbər verir ki, millimizin matçı saat 21:00-da start götürəcək. Matç üçün satışa çıxmış bütün biletlər tükənib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunun qapıları matçın start fitindən 3 saat əvvəl açılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43