23 İyul 2026
İdman

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan karateçisi Çingiz Abbasov Türkiyənin İstanbul şəhərində keçirilən “Uluslararası Marmara Cup Turnuvası” beynəlxalq yarışında qızıl medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, 22 kq çəki dərəcəsində (6-7 yaş kateqoriyası) mübarizə aparan təmsilçimiz həlledici mərhələdə yerli idmançıya qalib gəlib.

28 ölkədən 1837 karateçinin qüvvəsini sınadığı turnirdə Azərbaycanı 67 idmançı təmsil edir. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında baş tutan yarışa avqustun 24-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43