Ölkə futbolu

Macarıstan – Azərbaycan oyununun hakimləri açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Macarıstana qarşı keçirəcəyi oyunun hakim təyinatları bəlli olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Matçı İngiltərədən olan hakimlər idarə edəcəklər.

Referi Kirsti Doula olacaq. Ona yan xətt hakimləri qismində Sofi Denninqton və Rubi Saykes köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Emil Heaslip yerinə yetirəcək.

Qeyd edək ki, B Liqasının I qrupundakı oyun aprelin 5-də, Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43