”Real” La Liqada növbəti qələbəsini qazanıb.
İdmanxeber.az məlumat verir ki, Bilbao “Atletik”ini məğlub edən “kral klubu”nun hər iki qolunu braziliyalı Rodriqo vurub. Dubl edən oyunçu Mbappenin mümkün “Real” transferini belə dəyərləndirib:
”Jurnalistlər Mbappenin “Real”a gələcəyini yazır. Mbappe gələndə hansımız ehtiyatda qalacağıq: o yoxsa mən? Baş məşqçi üçün çox çətin olacaq”.
Rodriqo bu mövsüm bütün turnirlərdə 42 oyunda 15 qol vurub və 8 məhsuldar ötürmə edib.