”Nyukasl” yayda Aaron Remsdeyli transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, David Rayanın gəlişindən sonra “Arsenal”da ikinci plana düşən 25 yaşlı qolkiper “topçular”dan ayrılmağı düşünür.
Remsdeyl 2021-ci ildən “Arsenal”da çıxış edir. O, bu mövsüm 11 oyunda çıxış edib və 3 görüşdə qapısını qola bağlaya bilib.