Dünya futbolu

“Burada baş məşqçi mənəm və qərarlar mənə aiddir”

PSJ səfərdə “Marsel”i məğlub edərək Fransa liqasında liderliyini möhkəmləndirib.

İdmanxeber.az məlumat verir ki, Paris klubunun ulduzu Kilian Mbappe bu görüşdə də meydanda 90 dəqiqə qalmayıb və əvəzlənib. Luis Enrike bu qərarını belə əsaslandırıb:

”Hər həftə Mbappeni niyə oyundan aldığımı soruşursunuz. Bu çox yorucudu. Burada baş məşqçi mənəm və qərarlar mənə aiddir. Bəzən yanılıram, bəzən də haqlı çıxıram. Əgər qərarımı anlamırsınızsa, bu vecimə deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43