06 İyun 2026
İdman

Azərbaycan millisi Belçikanı məğlub etdi

Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupuna start verilib.

İdmanxeber.az xəbər verir ki, açılış oyununda Azərbaycan millisi Belçika ilə qarşılaşıb.

“ASCO Arenada” keçirilən matç Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 3:0. Millimizin qollarını Fərhad Əyyubov (2 qol) və Sənan Hacıyev vurublar.

Bu gün  İsrail Ukrayna, Niderland Belçika ilə qarşılaşacaq. .

Qeyd edək ki, yığma sabah İsrail, oktyabrın 19-da isə Niderland və Ukrayna milliləri ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43