“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Rodrinin əvəzinə “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uortonu transfer etmək istəyir.
İdmanxeber.az xəbər verir ki, Qvardiola 21 yaşlı futbolçunu Rodrinin ideal əvəzləyicisi kimi görür. Lakin “Siti”nin bu transferdə əsas rəqibi “Mançester Yunayted”dir.
Uorton 2025/26 mövsümündə 10 oyunda çıxış edib və 1 qol ötürməsi ilə yadda qalıb.

