Azərbaycan I Liqası növbəti turunda “Karvan” doğma meydanda “Zaqatala”nı qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, görüşdə qonaqların futbolçusu Cəlal Cəbrayılov ciddi zədə alıb. Hücumçunun burnu qırılıb.
Dərhal xəstəxanaya aparılan oyunçuya ilkin yardım göstərilib.
Xatırladaq ki, görüş “Karvan”ın 3:2 hesablı qələbəsilə başa çatıb.


