İdman

Azərbaycanlı atlet türkiyəli idmançıların edə bilmədiyini etdi

Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev yeni bir rekorda imza atıb. 

İdmanxeber.com-un məlumatına görə,100 və 200 metr məsafəyə qaçışda “Rio-2016″da çıxış edəcək sprinter qeyri-ənənəvi növdə iştirak edib.

 

O, İsveçin Karlstad şəhərində keçirilən Qran-Pri yarışında fərqlənib. Quliyev 300 metr məsafəni 33,04 saniyəyə qət edərək, Türkiyənin yeni rekordunu müəyyənləşdirib. Atlet Batuhan Altıntaşın rekordunu arxada qoyub.

 

Qeyd edək ki, Ramil 200 m məsafəyə qaçışda da Türkiyə rekordçusudu – 19,88.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43