26 İyun 2026
Ölkə futbolu

Bakı klubu İtaliyada oynamış futbolçunu transfer etdi

Azərbaycan I Liqasında mübarizə aparacaq “Şəfa” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Bakı təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirib. “Şəfa” San Marinonun “Faetano” komandasına çıxış edən Raul Yaqubzadə ilə anlaşıb. Tərəflər arasındakı danışıqlar müsbət nəticələnib.

21 yaşlı hücumçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Yaqubzadənin klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər idi. O, mövsümün əvvəlində “Faetano”ya keçmişdi.

Yaqubzadə bundan əvvəl “Sansepolkro”, “Nuova Florida”, “İmoleze” komandalarında, həmçinin “Peruca”nın aşağı yaş qruplarında oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43