Kateqoriyasız

Bakıda keçiriləcək “Avro-2016″nın püşkü atıldı (YENİLƏNİB)

Bu gün 17 yaşadək futbolçular arasında ölkəmizdə keçiriləcək Avropa çempionatının püşkatma mərasimi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə 16 komanda öz rəqiblərini tanıyıb.

Qeyd edək ki, turnirin qrup mərhələsinin oyunları 5/6, 8/9 və 11/12 may tarixlərində keçiriləcək. 1/4 final və yarımfinalın görüşləri müvafiq olaraq 14/15 və 18 may tarixlərində baş tutacaq. Final matçı isə mayın 21-də keçiriləcək.

A qrupu



Azərbaycan



Şotlandiya 



Belçika 



Portuqaliya





B qrupu


Avstriya



Bosniya və Hersoqovina



Almaniya



Ukrayna





C qrupu


İngiltərə 



İsveç



Danimarka



Fransa




D qrupu


İspaniya 



Hollandiya



Serbiya



İtaliya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43