İdman

“Barselona” gözlənilən transferi gerçəkləşdirdi

“Valensiya”nın hücumçusu Pako Alkaser Barselona şəhərindədir.

İdmanxeber.com-un məlumatına görə, bu barədə El Mundo Deportivo nəşri yazıb.

Hücumçu Kataloniyada tibbi baxışdadır. “Barselona” həkim heyəti rəhbərliyə müsbət cavab versə, Alkaserin transferi bu gün axşam elan olunacaq.

Bu keçid baş tutarsa, katalonların hücumçusu Munir El-Haddadi icarə əsasında “yarasalar”ın heyətinə cəlb olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43