24 İyul 2026
Dünya futbolu

“Barselona” “Qalatasaray”a rəqib oldu

“Mançester Siti”nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva yayda “Barselona”ya keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu futbolçunu azad agent kimi transfer etməyi planlaşdırır, çünki Silva hələ müqaviləsini uzatmayıb.

Təcrübəli futbolçu “Qalatasaray”ın da gündəmindədir. İstanbul klubu yayda oyunçu üçün hərəkətə keçəcək.

31 yaşlı oyunçu 2017-ci ildən “Mançester Siti”də çıxış edir və bu mövsüm 29 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43