24 İyul 2026
Dünya futbolu

“Fənərbağça” ulduz futbolçu üçün hərəkətə keçdi

“Fənərbağça” norveçli hücumçu Aleksander Sörlotdan sonra diqqətini daha bir ulduz forvarda yönəldib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi bu dəfə “Liverpul”un sabiq uruqvaylı hücumçusu Darvin Nunesi transfer siyahısına daxil edib.

Məlumata görə, N’Qolo Kanteni transfer etmək üçün Ərəb Yarımadasına səfər edən klub rəsmisi Ertan Torunoğulları və idman direktoru Devin Özek, bu səfər çərçivəsində “Əl-Hilal”ın hücumçu ilə görüş keçirməyi planlaşdırır.

Qeyd olunur ki, “sarı-lacivərtlilər”in əsas hədəfi ulduz santrforu satınalma opsiyonu ilə icarəyə götürməkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43