“Barselona” hakim qalmaqalına görə iflasl təhlükəsi ilə üzləşib.
İdmanxeber.az “The Telegraph”a istinadən xəbər verir ki, Kataloniya klubu İspaniya Futbol Federasiyasının hakimlər texniki komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyraya rüşvət verməkdə ittiham olunur. Bu səbəbdən də “Barselona”nı iflas, Avropa yarışlarından qadağa və ikinci liqaya düşmə təhlükəsi gözləyir.
Neqreyranın özü, oğlu, həmçinin “Barselona”nın keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Rossel rüşvətxorluqda ittiham olunurlar.
Barselona istintaq məhkəməsinin rəhbəri, işə rəhbərlik edən Xoakin Agirre klubdan Neqreyraya 7,5 milyon avro ödənilməsini cinayət hesab edib.

