24 İyun 2026
Dünya futbolu

“Barselona”nın futbolçusu əməliyyat olundu

“Barselona”nın gənc yarımmüdafiəçisi Gavi yenidən sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı futbolçu medial menisk zədəsini aradan qaldırmaq üçün artroskopiya əməliyyatı keçirib. Klub həkimləri onun tam bərpa olunması üçün təxminən 4–5 ay vaxt lazım olacağını bildiriblər.

Bu səbəbdən “Barselona”nın baş məşqçisi və azarkeşləri gənc futbolçunun yenidən bərpa prosesinə başlamasından narahatdırlar.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43