“Barselona”nın qapıçısı Mark-Andre ter Şteqen karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.com-un məlumatına görə, almaniyalı qolkiper “Mançester Siti”nin ona göndərdiyi təklifə “hə” cavabı verib.
İngilislərin qapıçının transferi üçün katalonlara 25 milyon avro dəyərində müqavilə təklif edib. “Barsa”nın bu təklifi müsbət cavablandıracağı gözlənilir.

