26 İyun 2026
Dünya futbolu

“Barselona”nın futbolçusu “Monako”da

“Monako” “Barselona”nın yarımmüdafiəçisi Ansu Fatini icarəyə götürdüyünü açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasındakı müqavilə 2025/26 mövsümü üçün nəzərdə tutulub. Sözləşməyə satın alma variantı da daxildir.

Fati əsas komandada 123 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə edib.

“Mançester Yunayted”in və “Yuventus”un keçmiş yarımmüdafiəçisi Pol Poqba daha əvvəl “Monako”ya keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43