06 İyun 2026
Dünya futbolu

“Barselona”nın ulduz qapıçısı Super Liqaya gəlir?

“Barselona”nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Beşiktaş” 33 yaşlı qolkiperin transferinə maraq göstərir.

Qeyd edək ki, ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43