26 İyun 2026
Dünya futbolu

“Beşiktaş” 19 yaşlı futbolçu aldı

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu  “İndependiente”nin şərəfini qoruyan 19 yaşlı Keni Arroyo ilə müqavilə imzalayıb. Rəhbərlik oyunçuya qarşılıq  6,5 milyon avro ödəyəcək. 

O, Türkiyə klubunda 10 nömrəli forma ilə oynayacaq.

Arroyo Ekvador millisinin üzvüdür və indiyə qədər “İndependiente”də oynayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43