“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Real”la cavab oyununda şansların az olduğunu deyib.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı çalışdırıcı komandasının növbəti oyun üçün çox az şansının olduğunu açıqlayıb:
“İki həftə əvvəl, ilk oyundan sonra dedim ki, “Real” artıq növbəti mərhələyə yüksəlib. Amma biz bilirik ki, qarşıda oyun var. Şans 1 faiz olsa belə, cəhd etməliyik. Özümüzü mənfi şəkildə təəccübləndirə bilsək, müsbət mənada da edə bilərik.
Aydın məsələdir ki, Madridə “Diqqət edin, gəlirik” şüarı ilə gəlməmişik. Amma biz bu matçda qalib gəlmək üçün buradayıq. İkinci hissədəki ilk matçda əks-hücumlar bizim üçün problemə çevrildi. Vinisius və Benzemanı birdəfəlik zərərsizləşdirə bilmədik.
Taktika baxımından topla və topsuz çox fəal olmalıyıq. Yarımmüdafiədə pressinq əla olmalıdır. Risk etməliyik, amma əks-hücumlardan da qorunmalıyıq.
Bizim itirəcəyimiz heç nə yoxdur. Bircə matçda məğlub ola bilərik, bunu əvvəllər də görmüşük, xoşumuza gəlmir. Üç qolluq üstünlüyü qorumalısan, Karlonun vəziyyətinə üstünlük verərdim.
“Real” heç vaxt özünə inamını itirmir, bu, komanda üçün böyük bacarıqdır. Heç bir şey onlara mənfi təsir göstərə bilməz. Bu, tamamilə heyrətamizdir. Hər şey mentalitetlə bağlıdır. Onlara hörmət edirəm, onlar fantastik komandadır”.

