22 İyul 2026
Dünya futbolu

Löv Braziliya millisində işləmək istəyir

Yoahim Löv Braziliya millisinin baş məşqçisi olmaq istəyir.

İdmanxeber.az “Bild” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “sambaçılar”ın başına keçməyə müsbət yanaşır. O, belə bir təcrübənin özü üçün olduqca maraqlı olduğunu düşünür.

DÇ-2022-nin 1/4 final mərhələsində mübarizəni dayandıran Barziliya yığması baş məşqçi Tite ilə yollarını ayırıb. Hazırda müvəqqəti olaraq milliyə 20 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Ramon Menezes rəhbərlik edir.

Löv 2006-2021-ci illərdə Almaniya millisində çalışıb. O, 2014 dünya çempionatının yarımfinalında Braziliyaya 7:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43