Ölkə futbolu Premyer Liqa

Bojoviç: “Oyun ərzində yüz faizlik qol şansımız olmadı”

“Neftçi” Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub olub.

İdmanxeber.az məlumat verir ki, “ağ-qaralar”ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Məncə, bu gün oyunumuz alınmadı. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bilmədik. Oyun ərzində yüz faizlik qol şansımız olmadı. Düzdür, uzaqdan zərbələr var idi, amma xüsusi bir şey görmədim. Bu oyunda qələbəyə layiq deyildik.

– Penalti epizodunu necə dəyərləndirirsiz?

– Görə bilmədim. Mənim olduğum yerdən görünmürdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43