Dünya futbolu

Çempionlar Liqası: “Mançester Siti” və “Real”dan qələbə – YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk gündə 2 oyun keçirilib. Turnirin son qalibi olan “Mançester Siti” səfərdə “Kopenhagen”lə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gəlib 

“Real” isə “Leyptsiq”in qonağı olub və rəqibini 1:0 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları martın 6-da keçiriləcək.

Çempionlar Liqası, 1/8 final, ilk oyunlar

13 fevral

00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə) – 1:3

Qollar: De Brüyne, 10 (0:1), Mattson, 34 (1:1), Silva, 45+1 (1:2), Foden, 90+3 (1:3)

Baş hakim: Xose Maria Martines (İspaniya).

Kopenhagen, “Parken” stadionu

00:00. “Leyptsiq” (Almaniya) – “Real” (İspaniya) – 0:1

Qol: Dias, 48

Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina).

Leyptsiq, “RB Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43