23 İyul 2026
Ölkə futbolu

Bölgə klubu anqolalı futbolçu ilə anlaşdı – Finlandiyadan Azərbaycana 

Azərbaycan I Liqa klubu “Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi anqolalı oyunçu Aqostinyo Çipesse ilə müqqavilə bağlayıb. 22 yaşlı vinger yaxın günlərdə rəsmən açıqlanacaq.

Son olaraq Finlandiyanın “Kokkolan” klubunda çıxış edən Çipesse yanvarın 1-dən azad agentdir. O, ötən il komandasının heyətində 31 oyun keçirib və 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43