Ölkə futbolu

BOS-un qazonu rənglənibmi? – Açıqlama

“Heç bir rənglənmədən söhbət belə gedə bilməz”

İdmanxeber.az-ın məlumatına görə, Kosovonun kapitanı dünənki matçdan sonra Bakı Olimpiya Stadionunun bərbad vəziyyətdə olduğunu, meydançanın rəngləndiyini bildirmişdi. Oyunçunun bu açıqlamasından  sonra BOS-un meydançalarına xidmət göstərən “Agrosport” şirkətinin baş aqronomu Yan Marton məsələyə aydınlıq gətirib:

“Dünənki oyun zamanı meydançaya rəng vurulması ilə bağlı xəbərlər gördüm. Təbii ki, bu məlumat reallığı əks etdirmir. Bildiyiniz kimi, BOS-un əsas meydançasında hibrid ot sistemi tədbiq olundu. Stadionda  heç bir rənglənmə prosesindən söhbət gedə bilməz.

Onu da bildirim ki, UEFA tərəfindən təşkil olunan bütün oyunlarda onlarla davamlı təmasda oluruq. Onlara meydanın vəziyyətini, baxımını və  bir sıra fotoşəkillər  göndəririk. Və bu günə qədər UEFA nümayəndələri tərəfindən heç bir mənfi rəy almamışıq”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43