23 İyul 2026
Dünya futbolu

Braziliyalı hücumçu dünya çempionatını buraxacaq

“Real”ın futbolçusu Rodriqo Qoes mövsümü erkən başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı hücumçunun dizində çarpaz bağlar qırılıb. O, həm mövsümün qalan hissəsini, həm də DÇ-2026-nı buraxacaq.

Rodriqo La Liqada “Xetafe” ilə matçda zədələnib. Onun yoxluğu həm “Real”, həm də Braziliya millisi üçün böyük itkidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43