05 İyun 2026
Dünya futbolu

Braziliyalı qapıçı “Qalatasaray”a “yox” dedi

“Qalatasaray” yeni qapıçı axtarışlarını davam etdirir.

İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə həftə əvvəl “Liverpul”un əsas qapıçısı Alisson Bekkerlə bağlı rəsmi sorğu göndərib.

32 yaşlı qolkipеr Türkiyə çempionuna qoşulmaqdan imtina edib. Braziliyalı futbolçunun “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43